Təsadüfi bank əməliyyatından sonra həbs edildi

Luiziana ştatında qadın təsadüfən bank hesabına daxil olan 1 milyon 200 min dolları qaytarmaqdan imtina etdikdən sonra həbs edilib.
Sfera.az bildirir ki, Kaelin Spadoni adlı qadın 911 xidmətində (polis) dispetçer kimi çalışıb. Təsadüfən onun broker hesabına pul köçürülüb. Bildiriş Kaelinin hesabına maliyyə xidmətləri şirkəti “Charles Schwab”dan gəlib.
Bundan sonra ev və maşın alan qadın 1,2 milyon dolları qaytarmaqdan imtina edib.
Şirkətin qaldırdığı iddiaya görə, o, hesaba 82,56 dollar köçürmək niyyətində olub, əvəzində 1 milyon 205 min 619 dollar köçürüb.
Aydındır ki, bu, asanlıqla geri qaytarıla bilməyəcək bir rəqəm deyil. Buna görə də işçilər transferi dayandırmağa və geri qaytarmağa çalışıblar.
Onlar pulun göndərildiyi hesaba xidmət göstərən quruma geri qaytarma sorğusu göndəriblər, lakin “Nağd pul yoxdur” bildirişi alıblar.
Kaelin pulu tez bir zamanda başqa hesaba köçürməkdə və onun bir hissəsini (48-70 min dollar dəyərində) ev və yeni avtomobil almaq üçün istifadə etməkdə ittiham edilib.
Şirkət həftələrlə Kaelinlə əlaqə saxlamağa çalışıb. Nəticədə onlar şerif ofisi ilə əlaqə saxlamağa vadar olub. Səlahiyyətlilər cinayət işi açıb və Kaelinin pulun bir hissəsini necə xərclədiyini öyrənib.
O, həbs edilib və 25.000 dollardan çox pul oğurlamaq, bank fırıldaqları və qanunsuz pul köçürmələrində ittiham olunub.
Aynil
Sfera.az