Qayınanası ilə evləndi və toy xərclərini qayınatası ödədi

Hindistanda bir kişi həyat yoldaşını itirdikdən sonra birlikdə yaşadığı qayınanası ilə sevgi münasibəti yaşamağa başlayıb. Hadisədən xəbər tutan qayınatası əvvəlcə şikayət etsə də, sonradan toy xərclərini qarşılamaq qərarına gəlib.
Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb.
Xəbərə görə, iki uşaq atası 45 yaşlı Sikəndər Yadav bir neçə həftə əvvəl həyat yoldaşını itirib. Ağrılı itkidən sonra tək qalan Yadav uşaqları ilə birlikdə həyat yoldaşının anası Gitanın yanına köçüb və orada yaşamağa başlayıb. Qısa müddətdən sonra cütlük gizli eşq yaşamağa başlayıb. Lakin tezliklə kənd camaatı bu gizli sevgidən xəbər tutub. Qısa müddətdən sonra ikiliyi yaxalayan və kənd bələdiyyəsinə şikayət edən qayınata tədbir görülməsini istəyib.
Kənd bələdiyyəsi isə Yadavla Gitanın bir yerdə olmasına heç bir maneə olmadığını, amma evlənməli olduqlarını bildirib. Qadının əri bu vəziyyətə etiraz etməyib və toy xərclərini öz üzərinə götürüb.
Asya