Mariya Stadnik tarix yazdı

Mariya Stadnik tarix yazdı

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

 

Sfera.az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bürünc medal görüşündə bolqarıstanlı Miqlena Selişkaya tam üstünlüklə qalib gəlib. O, lisenziya uğrunda isə italiyalı Emanuela Liuzzini məğlub edərək Parisə vəsiqəni təmin edib.

 

Bununla da Mariya Stadnik 5-ci dəfə Olimpiadada çıxış edəcək. O, qdın güləşi tarixində 5-ci Olimpiya Oyunlarına gedən ilk idmançı kimi tarixə düşüb. 

 

Azərbaycanın digər qadın güləşçiləri - Gültəkin Şirinova (53 kiloqram), Alyona Kolesnik (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) isə lisenziya qazana bilməyiblər.

 

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kiloqram), Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti (130 kiloqram) Olimpiya lisenziyası əldə ediblər.


OXŞAR XƏBƏRLƏR

Britaniyanın XİN rəhbəri Livanla bağlı təcili müşavirə KEÇİRDİ

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi bu gün COBRA (Cabinet Office Briefing Rooms) fövqəladə hökumət komitəsinin iclasını keçirib.   Sfe...

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

Sentyabrın 19-da ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə s...

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...

Türkiyə XİN: "Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur"

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından ÇIXDI

Ankara-Yüksekova reysini həyata keçirən “AJet” Hava Yollarına məxsus sərnişin təyyarəsi Yüksekova Səlahəddin Əyyubi Hava Limanına endikdən sonra güc...