"Borussiya"nın futbolçusu "İnter Mayami"yə keçə bilər
İdman
12:38 / 11.05.2024
5059
Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Marko Roys karyerasını ABŞ-nin "İnter Mayami" kollektivində davam etdirə bilər.
Sfera.az xəbər verir ki, bundan başqa, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Türkiyə Superliqa təmsilçilərinin bir neçəsi 34 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
2024-cü ilin yayında azad agent kimi komandadan ayrılacaq futbolçunun hansı klubu seçəcəyi maraq doğurur.
Qeyd edək ki, M.Roys cari mövsüm dortmundluların heyətində 39 matçda meydana çıxıb və 8 qol vurub.