Ağdamdakı Birgə Monitorinq Mərkəzi fəaliyyətini DAYANDIRDI - FOTO

Ağdamdakı Birgə Monitorinq Mərkəzi fəaliyyətini DAYANDIRDI - FOTO

Bu gün Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin təntənəli bağlanış mərasimi keçirilib.

 

Sfera.az xəbər verir ki, mərasimdə müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakov, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə hər 3 ölkənin dövlət himnləri səsləndirilib.

 

Mərasim iştirakçılarını salamlayan general-polkovnik K.Vəliyev Türkiyə Respublikası və Rusiya Federasiyası arasında imzalanmış 11 noyabr 2020-ci il tarixli Memoranduma əsasən yaradılmış Birgə Monitorinq Mərkəzinin fəaliyyəti haqqında danışıb.

 

Baş Qərargah rəisi 2021-ci ilin yanvar ayının 30-dan regionda sülhün və sabitliyin rifahı naminə vicdanlı və cəsarətli xidmətinə görə türkiyəli və rusiyalı hərbi qulluqçulara minnətdarlığını bildirib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

 

Həmçinin, qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin 10 noyabr 2020-ci il tarixli Bəyanatına uyğun olaraq Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin də iki ölkənin ali rəhbərliyi arasında əldə olunan razılığa əsasən fəaliyyətini vaxtından əvvəl dayandıraraq ölkə ərazisindən tam çıxarılması prosesinə başlanılıb.

 

Bağlanış mərasimi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin iştirakı ilə bədii proqramın təqdimatı ilə başa çatıb. (Report)


OXŞAR XƏBƏRLƏR

Xərçəngə səbəb ola bilən ət məhsullarının adları çəkilib

İngilis diyetoloqları Duane Mellor və Metyu Lambertin fikrincə, qırmızı və ultra emal olunmuş ətlər ən kanserogen (xərçəng törədən) qidalar sırasındadır. S...

Hakim Trampdan susmağı xahiş edib - SƏBƏB

Nyu-York məhkəmə hakimi Xuan Merçan keçmiş Amerika lideri Donald Trampdan gələcək prezident ola biləcəyinə görə susmağı və məhkəmə prosesini ictimaiyyətə şərh e...

Bədəndə bioloji saatın sinxronizasiyası qocalmanın qarşısını ala bilər

Bədəndə iki fərqli bioloji saatın sinxronizasiyası qocalmanın qarşısını ala bilər. Sfera.az bildirir ki, 24 saatlıq dövr ərzində bioloji prosesləri tənzi...

Şakiranın yeni sevgilisi ona jest etdi

31 yaşlı britaniyalı aktyor Lucien Laviscount  Şakiranı indiyə qədər tanış olduğu ən gözəl insanlardan biri adlandırıb.   Sfera.az bildirir ki, ...

Əri tərəfindən boğularaq qətlə yetirilən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO

Sabunçu rayonunun Ramana qəsəbəsi, “3-cü Mədən” adlanan nömrəsiz fərdi yaşayış evlərinin birində 28 yaşlı Nurəddin Məmmədov aralarında yaranan mübah...

Sirri hələ də açılmamış ən qəribə bank quldurluğu

27 avqust 2003-cü ildə ABŞ-da pizza kuryeri Brayan Uells şəhərin ucqar bir hissəsinə çatdırılma etmək üçün yola çıxdı. Pizzaları çatdırsa da, heç kimin ağlına b...