“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

 

“Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkib. Hər şeydən öncə bu səfər Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsindən, iki ölkə liderinin qarşılıqlı münasibətlərindən xəbər verir. Prezidentin Moskva səfəri həm də Ermənistan-Rusiya qarşıdurması fonunda diqqət çəkir. Hazırda Ermənistan hakimiyyəti Qərbin dəstəyi ilə anti-Rusiya siyasətini inkişaf etdirir və bu, Rusiyanın bölgədəki maraqlarına ciddi təhlükə yaradır. Bu kontekstdə Azərbaycanın bölgədəki əhəmiyyəti Rusiya üçün daha da artıb. Bildiyimiz kimi, Rusiya sülhməramlıları razılaşdırılmış müddətdən əvvəl Azərbaycanı tərk etdilər. Buna səbəb Azərbaycanın həyata keçirdiyi siyasət, bütün torpaqlarımızın azad edilməsi ilə bərabər, eyni zamanda Azərbaycan-Rusiya münasibətləridir. Bu gün Azərbaycan və Rusiya Prezidentləri arasında dostluq münasibətləri var və bu münasibətlər davamlı inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan xalqının davamlı olaraq bir çox mühüm qələbələrə imza atdığının şahidiyik”.

 

Deputat qeyd edib ki, Azərbaycan öz tarixinin ən şanlı və şərəfli günlərini yaşamağa davam edir.

 

"2020-ci ildə torpaqlarımızı azad etdik. 2023-cü ildə də suverenliyimizi tam bərpa etdik. Bir neçə gün bundan öncə Rusiya sülhməramlıları Qarabağı tərk etdilər. Bütün bunların hamısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, prinsipal və qətiyyətli siyasətinin nəticəsidir. Prezidentin Rusiya səfərində daha bir əlamətdar hadisə Baykal-Amur magistralının (BAM) 50 illik yubileyinin keçirilməsi oldu. BAM dedikdə təkcə Rusiyada yox, bütün post-sovet məkanında ulu öndər Heydər Əliyev yada düşür. Bu görüşdə Rusiya Prezidenti Vladimir Putinin ulu öndər Heydər Əliyevi hörmətlə yad etməsi, Prezident İlham Əliyevə xitabən, “sizin atanızın bu layihədə mühüm rolunun olduğunu” qeyd etməsi Rusiyada ümummilli liderə yüksək hörmət əlamətinin göstəricisidir. Bu da Rusiya-Azərbaycan münasibətlərinin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığın genişləndirildiyini deməyə əsas verir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

İranda balıq yağışı

İranda qeyri-adi yağış yağıb. Gündüz çağı ölkənin mərkəzində yerləşən Yasuc şəhərinin küçələrinə göydən balıqlar yağmağa başlayıb.   Sfera.az bildiri...

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Mərhum “Toppuş bacı” ləqəbli Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyalın yenidən evlənməsi ilə bağlı məlumat yayılıb.   Bu ba...

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1 (R2 güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü olub. Digər aktiv oblastların sür...

Nazir olanda qohumlarıma vəzifə vermişəm - VİDEO

Təhsil naziri olduğum dövrdə qohumlarım arasında vəzifəyə təyin etdiyim insanlar olub.   Sfera.az xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında sabiq...

Azərbaycanda həkim güllələnərək öldürüldü - FOTO/TƏFƏRRÜAT

Xəbər verdiyumiz kimi, Şəkinin Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlu ...

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. &nb...