İsrail HƏMAS-a qarşı müharibəni davam etdirəcək - Halevi planı TƏSDİQLƏDİ

İsrail HƏMAS-a qarşı müharibəni davam etdirəcək - Halevi planı TƏSDİQLƏDİ

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Herzi Halevi cənub istiqamətində müharibənin davam etdirilməsi planını təsdiqləyib.

 

Sfera.az bildirir ki, bununla bağlı İsrail Cənub Komandanlığının qərargahında iclas keçirilib. Burada Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman və komandanlığın digər zabitləri iştirak ediblər. Görüşün nəticələri ilə bağlı başqa təfərrüatlar verilməyib.

 

Lakin qeyd olunub ki, Halevi vəziyyəti qiymətləndirmək və müharibənin davam etdirilməsi planını təsdiqləmək üçün sözügedən iclası təşkil edib.

 

Xatırladaq ki, bundan əvvəl Baş nazir Benyamin Netanyahu HƏMAS-ı tezliklə vurulacaq “ağrılı və güclü zərbələrlə” bağlı xəbərdar edib. O həmçinin qeyd edib ki, qruplaşma İsrail hakimiyyətinə təzyiqləri davam etdirir və Yəhudi dövləti ərazisində əsir götürülmüş girovların azad edilməsi üçün yeni tələblər irəli sürür.

 

“Yaxın günlərdə HƏMAS-a hərbi və siyasi təzyiqləri gücləndirəcəyik. Çünki bu,  girovlarımızı azad etməyin və məqsədimizə çatmağın yeganə yoludur”, - Netanyahu bildirib.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkədə kiberdələduzluq edən 2 nəfər saxlanılıb - DİN

Bakıda sosial şəbəkə vasitəsilə kiberdələduzluq edən 2 nəfər saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmə...

5 May - Əlillərin Hüquqlarının Müdafiəsi Günüdür

5 may - Əlillərin Hüquqlarının Müdafiəsi Günüdür.   Sfera.az xəbər verir ki, 1992-ci ildən BMT Baş Assambleyasının qərarı ilə hər il 5 may tarixi Əli...

Dünya Məktəbinin şagirdlərindən ətraf mühitin qorunması ilə bağlı UNİKAL SƏRGİ – FOTO/VİDEO

  Mayın 1-də Bakıda Beynəlxalq Bakalavriat proqramı ilə fəaliyyət göstərən Dünya Məktəbində xüsusi tədbir baş tutub.    Sfera.az xə...

Leyla Əliyevanın dəstəyi ilə qazimizin gözləri əməliyyat olundu - VİDEO

Heydər Əliyev Fondunun dəstəyi ilə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda hər iki gözünü itirmiş Kamran Baxışlıya implant gözlər yer...

"Yatağımın yanında bir Quran var" - Amerikalı məşhur aktyor

“You” serialının ulduzu, məşhur amerikalı aktyor Penn Badqley verdiyi son müsahibədə səsləndirdiyi sözlərə görə gündəmə gəlib. Aktyor gündəlik həyat...

Aİ Rusiya enerji resursundan tam imtina edəcək

Avropa Komissiyası (AK) mayın 6-da Strasburqda Avropa İttifaqının (Aİ) Rusiya enerji resurslarından tamamilə imtina planını təqdim edəcək.    Sf...