Baxdığı film sayəsində varlandı

Amerikalı bir adam baxdığı bir film sayəsində təsadüfən varlanıb.
Sfera.az bildirir ki, filmə baxan Miçiqanlı bir gənc baş rol ifaçısının lotereyada böyük məbləğdə pul qazandığını görüb. Baş rolu canlandıran aktyor eynən oğlana bənzəyib. Oxşarının uğurunu təkrarlamaq qərarına gələn 26 yaşlı gənc lotereya bileti alıb.
Lotoreya ona 500.000 dollar mükafat qazandırıb. Uğur gətirən rəqəm isə 13 olub.
Adının açıqlanmasını istəməyən şanslı oyunçu açıqlama verərək:
"Mən bir filmə baxırdım. Filmdə baş rol ifaçısı lotereyada külli miqdarda pul qazandı. Baş qəhrəman sanki mənim əkizim idi, ona görə də bunu bilet almağa işarə kimi qəbul etdim. Həmin gün dostlarımla birlikdə lotoreya aldım. 500.000 dollar qazandığımı görəndə, xəbəri dostlarımla paylaşmazdan əvvəl gördüklərimin gerçək olduğuna əmin olmaq istədim. Təkrar-təkrar yoxladıqda, şoka düşdüm”- deyə bildirib:
O, qazandığı uduşla övladlarına baxmağı və tətilə getməyi planlaşdırır.
Aynil
Sfera.az