Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

İqtisadiyyat
13:11 / 20.04.2024
4945
Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.
Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qəbul edib.
Nazirlər Kabinetinin qərarına əsasən, 2024-cü ilin iyunun 30-na kimi ixrac ediləcək taxılın miqdarı 24 milyon ton yox, 29 milyon ton olacaq. Rusiya hökuməti əlavə 5 milyon ton taxıl məhsullarının ixracına icazə verib.
Kvota buğda, qarğıdalı, arpa, çovdar və qarğıdalının ixracına aiddir. İxrac miqdarının artırılmasına səbəb Rusiyada 2023-cü ildə taxıl istehsalının artmasıdır.
İstehsalın artması ilə əlaqədar Rusiya bu kənd təsərrüfatı mövsümünün əvvəlindən (2023-cü il iyulun 1-dən) 2024-cü ilin martına qədər buğda ixracının ümumi həcmini 11 faiz artırıb.
Vasif