Fransa vətəndaşlarını İran, İsrail və Livana səfərlərdən çəkinməyə ÇAĞIRIR

Kateqoriya məlum deyil12.04.24, 17:104744 👁️
T
Fransa Xarici İşlər Nazirliyi (XİN) həmvətənlərini Yaxın Şərqdə vəziyyətin gərginləşməsi təhlükəsi ilə əlaqədar İran, İsrail və Livana səfərlərdən çəkinməyə çağırıb.
Sfera.az xəbər verir ki, bu barədə Fransa XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
“Yaxın Şərqdə hərbi eskalasiya riski ilə əlaqədar XİN Fransa vətəndaşlarına yaxın günlərdə İran, Livan, İsrail və Fələstin ərazilərinə səfərlərdən çəkinməyi tövsiyə edir”, - məlumatda qeyd edilib.
Bundan əlavə, Fransa rəsmilərinin bu ölkələrə işgüzar səfərlərinə qadağa tətbiq edilir.
Qurum, həmçinin İrandakı fransız diplomatların ailələrinin ölkəni tərk edəcəyini də bildirib.
