Azərbaycanda yolun kənarında yeni doğulmuş körpə tapılıb
Cəmiyyət
06:40 / 05.02.2016
766
Sabirabadda yolun kənarında yeni doğulmuş körpə tapılıb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 3-də Sabirabad rayonunun Kovlar kəndindəki "Padarçöl" adlanan sahədə rayon sakini Nəzarət İsmayılov avtomobil yolunun kənarında olan sahibsiz çantada yeni doğulmuş (4-5 günlük) oğlan uşağının olduğunu görüb yaşadığı evə aparıb.
O, uşağı fevralın 4-də polis şöbəsinə təhvil verib.