Rusiya Ukraynada ağır aviabombadan istifadə edib – İLK DƏFƏ

Dünya
15:00 / 30.03.2024
15013
Rusiya ordusu Ukrayna ilə müharibənin başladığı 2022-ci ilin fevralından bəri ilk dəfə olaraq ağır “ODAB-1500” aviabombasından istifadə edib.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Almaniyanın BİLD nəşri yayıb.
Nəşr yazır ki, bu bombanın partlamasından sonra hündürlüyü 1 km-ə çatan tüstü buludu və 500 kvadrat metrlik çuxur yaranıb.
Rusiya ağır bombanı Sumı rayonunun Velikaya Pisarevka kəndinə atıb. Bombanın ağırlığı 1500 kq olub.
“ODAB-1500” bombası SSRİ dövründən qalan partlayıcıdır. Bu tip döyüş sursatları klassik döyüş sursatlarından daha böyük dağıdıcı gücə malikdir.
BİLD yazır ki, Rusiya ordusu əvvəllər 170 kiloqramdan 500 kiloqrama qədər ODAB bombasında istifadə edirdilər.
Vasif