Peru prezidentinin evinə polis basqın etdi - KORRUPSİYA

Dünya
13:34 / 30.03.2024
13269
Perunun Prezidenti Dina Boluartenin evinə polis basqın edib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Peru hakimiyyət orqanları basqının davam edən korrupsiya araşdırması çərçivəsində həyata keçirildiyini bildirib.
Polisin verdiyi açıqlamaya görə, basqına təxminən 40 polis qatılıb.
Qeyd edək ki, Boluarte solçu keçmiş prezident Pedro Kastilyonun həbsindən sonra vəzifəsinin icrasına başlayıb. Boluarte rəhbərliyini qəbul etməyən Peru xalqı həftələrlə küçə etirazları təşkil edib.
Kastilyonun azadlığını tələb edən etirazçılara polisin sərt müdaxiləsi nəticəsində çoxlu insan həyatını itirib.
Firuzə Əliyeva