Uşaqlar niyə şiddətə meyilli olur? - Psixoloqdan ÇAĞIRIŞ

Uşaqlar niyə şiddətə meyilli olur? - Psixoloqdan ÇAĞIRIŞ

Cəmiyyətdə hər gün yüzlərlə insan şiddətə məruz qalır. 

 

Bəs dövrün ən aktual problemlərindən biri olan şiddəti yaradan əsas amillər nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülər Məmmədova bildirib ki, şiddət irsi olaraq keçici xəstəlikdir.

 

"Bir hadisə üzərində bunu nümunədən keçirək. Bir oğlan uşağının gözləri önündə anasının döyüldüyünü, şəxsiyyətinin alçaldığını düşünün. Bu vəziyyət daimi şəkildə davam edərsə, uşaq sevginin nə olduğunu anlamayacaq. Çünki uşağın göz açdığı dünya onun ailəsidir. Bu kiçik dünyada o “sevgi necə bir hisdir?”, “insan necə sevilər?”, “bir insana doğru sevgi necə verilə bilər?” suallarına cavab tapmalıdır. Lakin bu uşaq sevgi görmədən böyüyərsə, gələcəkdə o da şiddətə meyilli bir fərd olacaq".

 

Psixoloq qeyd edib ki, ailə dediyimiz məhfumda kim daha güclüdürsə digərləri ondan asılı olmalıdır düşüncəsi yanlışdır.

 

"Sağlam ailə ortamında hər bir fərdə azad fikir haqqı verilməlidir. Problemləri şiddətlə həll etmək çıxış yolu deyil. Unutmayaq ki, şiddət görən şiddət tətbiq edəcəkdir. Sağlam düşüncəli uşaq böyütmək üçün uşaqların gözü önündə mübahisə etməmək əsas şərtlərdən biridir".

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR