Rusiyada qızıl mədəni ÇÖKDÜ - 13 nəfər...

Rusiyada qızıl mədəni ÇÖKDÜ - 13 nəfər...

Rusiyanın şərqində qızıl mədənində qaya uçması nəticəsində mədən çöküb və 13 işçi dağıntı altında qalıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, işçiləri xilas etmək üçün tədbirlərə başlanılıb və Yakutiyadan 25 nəfərlik xilasetmə qrupu bölgəyə gəlib.

 

Qeyd edək ki, mədən şirkəti hələlik hadisə ilə bağlı açıqlama verməyib.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR