Paşinyan Putini TƏBRİK ETDİ

Siyasət
13:45 / 19.03.2024
11020
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putini yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Sfera.az bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Yenidən Rusiya Federasiyasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul edin”, - o, təbrikində bildirib.
Paşinyan həmçinin qeyd edib ki, Rusiya ilə Ermənistan arasında dialoqun bərpa olunacağına ümid edir. Son olaraq, o, Putinə can sağlığı arzulayıb.
Qeyd edək ki, martın 15-dən 17-dək Rusiya Federasiyasında prezident seçkiləri keçirilib və Vladimir Putin 87 faiz səslə qalib gəlib.
Günay