“Qarabağdakı binalar sökülüb yerinə bunlar tikilməlidir” – Ekspertdən TƏKLİF

“Qarabağdakı binalar sökülüb yerinə bunlar tikilməlidir” – Ekspertdən TƏKLİF

“Azərbaycanda bir sıra ölkə və şəxslərin adlarını daşıyan minlərlə çoxmənzilli yaşayış binaları var. Məsələn, “Stalinka”, “Fransız”, “İtalyan”, “Xruşovka” və.s sadalamaq olar”.

 

Bunu Sfera.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. O, bu istiqamətdə təkliflər irəli sürüb. Ekspert bildirib ki, Azərbaycan memarlığının tarixi ən qədim dövrlərə söykənsə də, bu gün ölkəmizin, şəhərlərinin adını daşıyan bina layihələrinin olmaması təəssüfedici məqamdır:

 

“Təklif edirəm ki, azad olunmuş ərazilərimizdə və bütün ölkə boyu Azərbaycan memarlığı üslubunda yeni, çoxmənzilli binalar tikilsin. Həmin binaların layihələri brendləşdirilərək “Azərbaycan”, “Bakı”, “Gəncə”, “Naxçıvan” və.s adları verilsin. Bu həm də, gələcəkdə həmin ərazilərin Azərbaycana məxsus olduğunu dünyaya bir daha sübut edəcək”.

 

E.Fərzəliyev əlavə edib ki, ermənilərin Qarabağda öz üslublarına uyğun inşa etdiyi tikililər gələcəkdə təhlükə mənbəyinə çevrilə bilər:

 

“Mənfur düşmən həmin tikililər sayəsində ərazilərin onlara məxsus olmaları ilə bağlı yeni iddialar qaldıra bilər. Amma bilirsiniz, artıq Xankəndində separatçı rejimin parlament binası və veteranlar binası sökülür. Düşünürəm ki, bu tip bütün tikililəri sökməklə onların gələcəkdə Azərbaycanla bağlı olan bütün iddialarının qarşısını ala bilərik”.

 

Günay


OXŞAR XƏBƏRLƏR