\"Qohum evliliyi ilə bağlı qadağalar sərtləşdirilməlidir\" - Bahar Muradova

\

"Məsələnin aktual olması hər birimizi narahat edir".

 

Sfera.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Tədqiqatlar Mərkəzinin birgə keçirdiyi “Qohum nikahları ilə bağlı” ictimai müzakirə zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

 

"Əlbəttə ki, Azərbaycanda bu istiqamətdə ənənələr hər zaman üstün tutulub. Ailə məcələləsinin 12-ci maddəsi yaxın qohumlar arasında nikahı qadağan edir. Ənənəmizə görə, çoxları yaxın qohumları ilə ailə qurmaq istəyirlər. Övladlarının sağlamlığını öz iradəsinə qurban verən insanlarda problem var", - B.Muradova bildirib.

 

Bahar Muradova qadağaların sərtləşdirilməsini təklif edib:

 

"Əsas məsələ qanunvericiliyə dəyişikliklərin edilməsidir. Qohumların evliliyi ilə bağlı qadağalar sərtləşdirilməlidir".

 

Komitə sədri Novruz bayramı ilə bağlı da təbrik ünvanlayıb:

 

"Ənənələrimizdən biri də odur ki, Novruz bayramında 4 çərşənbəni qeyd edirik. Bu gün də yel çərşənbəsidir. Hər birinizi təbrik edirəm. Bu stereotipləri yel götürüb aparsın həyatımızdan. Həyatımızın əsas hissəsi ailədə keçir. Ailə də cəmiyyətin əsas nüvəsidir. Biz bu ailədə hansı mühitə malikiksə, onu cəmiyyətə də daşıyırıq. Düşünürəm ki, bu məsələlər cəmiyyət tərəfindən ciddi müzakirə olunmalıdır".


 

Firuzə Əliyeva


 


OXŞAR XƏBƏRLƏR