Tokayevin Bakı səfərində 3 MÜHÜM MƏQAM: \"Prezidentlərin səsləndirdiyi fikirlər...\"

Tokayevin Bakı səfərində 3 MÜHÜM MƏQAM: \

Xəbər verdiyimiz kimi, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev martın 11-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Tokayevin Bakı səfəri üç kontekstdə xüsusilə əhəmiyyətlidir. Onun sözlərinə görə, bunlardan birincisi, ikitərəfli münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatdırılmasıdır:

 

“Əliyevlə Tokayevin Bakıda səsləndirdiyi fikirlər hər iki tərəfdə bunun üçün siyasi iradənin olduğunu göstərir. Səfərin digər əhəmiyyəti Türk Dövlətləri Təşkilatının perspektivinin gücləndirilməsindən ibarətdir. Astana-Bakı strateji müttəfiqliyinin əldə edilməsi TDT-nin inkişafı baxımından da önəmlidir. Çünki təşkilata üzv ölkələrin fərqli bloklarda təmsil olunması TDT çətiri altında strateji-hərbi müstəvidə kollektiv müqavilələrə ehtiyatlı yanaşmaya səbəb olur. Bu baxımdan, TDT daxilində ikitərəfli müqavilələrin imzalanması və bunun təşkilatın birliyi üçün istifadə edilməsi daha real variantdır. Şuşa bəyannaməsi təcrübəsi də var”.

 

Ekspertin fikrincə, Orta Dəhlizin ön plana çıxarılması səfər kontekstində önəmli məsələlərdən biridir:

 

“Prezidentlər Çinin Sian terminalından Abşeron stansiyasına konteyner qatarının gəlişini izləməklə bu marşrutun işlək və effektiv olduğunu nümayiş etdirdi. Bir-birinə bağlı olan bu məqamlardan birində axsama olarsa, digərlərində də problem yarana bilər. Buna görə Qazaxıstanla münasibətlər kompleks xarakter daşıyır. Tokayevin səfəri Nazarbayevdən sonra Qazaxıstanla münasibətlərdə risk ehtimalının yüksək olmadığını da göstərdi”.

 

Günay


OXŞAR XƏBƏRLƏR