Azərbaycanda 3 kişi zəhərlənmədən ÖLDÜ

Sağlıq
11:25 / 05.03.2024
3457
Fevralda 106 nəfər zəhərlənib.
Bu barədə Sfera.az-a Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən məlumat verilib. Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 11-i dəm qazından, 52-si dərmandan və 9-u etanoldan zəhərlənən şəxslərdir.
“Həmçinin 10 nəfər allergik reaksiyadan, 24 nəfər isə sirkə turşusundan zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb”, - məlumatda əks olunub.
Günay