"Ukrayna müharibəsi Qərbi bir-birinə vurur" - AÇIQLAMA

Böyük Britaniyanın xarici işlər naziri David Kameron deyib ki, Qərb Ukraynanı kifayət qədər dəstəkləmir. Onun sözlərinə görə, Kiyevin kifayət qədər silah-sursatı yoxdur:

 

“Kiyevin ABŞ-nin dəstəyinə ehtiyacı var. Ukraynaya daha çox maliyyə və silah lazımdır. Biz sözlərimizə sadiq olmalıyıq”, - nazir əlavə edib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Qərbin müharibə ilə bağlı mövqeyi kəskin şəkildə dəyişib:

 

“Savaşın ilk vaxtlarında Qərb kollektiv formada Ukraynanı dəstəklədiyini bildirirdi. Bu gün isə artıq nəinki ABŞ ilə Avropa İttifaqı (Aİ) arasında, sözügedən qurumların daxilində də Ukrayna ilə bağlı fikir ayrılığı var. Bu, bir neçə səbəblə izah oluna bilər. Birincisi, ola bilsin, Ukraynanın əks - hücum əməliyyatlarının uğursuzluğu ABŞ və Aİ-ni məyus edib. Qərb düşünməyə başlayıb ki, ayırılan vəsait göyə sovrulur. Ona görə də geri çəkilmək qərarına gəlib. İkincisi, mümkündür ki, Qərblə, xüsusilə ABŞ ilə Rusiya arasında gizli razılaşma var. Tərəflərin Ukraynanın parçalanması barədə razılığa gəlməsi mümkündür. Ona görə də Qərb indi Rusiyanın qələbəsini təmin etmək məqsədilə Ukraynanı müdafiə etmir”.

 

Müsahibimiz deyib ki, ABŞ-nin Ukraynaya dəstəyi kəskin səviyyədə aşağı salınmasının səbəblərindən biri həm də Yaxın Şərqdə davam edən müharibədir:

 

“Çünki Vaşinqton indi iki cəbhədə mübarizə aparmalıdır. Üstəgəl, ABŞ-də prezident seçkiləri yaxınlaşır. Bu isə o deməkdir ki, Ağ Ev maliyyə resurslarını daha diqqətlə istifadə etməlidir. Hələ ki, ən azı mövcud mənzərəyə əsasən deyə bilərik ki, Aİ Ukraynanı dəstəkləməkdə israrlıdır. ABŞ isə, əksinə, geri çəkilir. Bu, Ukraynanın ziyanınadır. Belə davam edərsə, gələcəkdə Aİ ölkələri ilə ABŞ arasında ziddiyyətlər yarana bilər. Rəsmi Vaşinqton əleyhinə tənqidlərin artması gözlənilir. Aİ ən azı mövcud durumu qoruyub saxlamaq üçün indi həm özünün, həm də ABŞ-nin yerinə "işləməlidir". Bu isə çox çətindir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Prezident Ağdamda sakinlərlə görüşdü

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlər...

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Kürdəmirdə vəzifəli şəxs vəfat edib.   Sfera.az "Qafqazinfo"a istinadən xəbər verir ki, 62 saylı dairə seçki komissiyasının (DSK) sədr...

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...