Köhnə kreslo sayəsində villa və 12 milyon nağd pul sahibi oldular

Köhnə kreslo sayəsində villa və 12 milyon nağd pul sahibi oldular

52 yaşlı Qrem Dunlop köhnə dəri kreslo alıb və bunun sayəsində o, İspaniyada dəyəri 3 milyon funt-sterlinqdən çox olan villanın açarlarını, həmçinin 250 min funt-sterlinq nağd pul alıb.


Sfera.az bildirir ki, Britaniyalı Qrem Dunlop internetdən özü üçün ikinci əl ofis stolu alıb. Stolu satan şəxs pulu özü almayıb, əvəzində Qremdən “Alzheimer's Research UK” xeyriyyə təşkilatına ianə etməsini istəyib.


Mən çoxdan ofisimə kreslo almaq istəyirdim və birdən internetdə bir elan çıxdı. Baxmağa getdim, amma sahibi bunun üçün pul almaqdan imtina etdi və məndən Alzheimer xəstəliyinin müalicəsi üçün dəstək verən təşkilata xeyriyyəçilik etməyimi istədi. Çünki onun mərhum əri də demansdan əziyyət çəkib”-deyə Qrem bildirib.


İanə etdikdən sonra britaniyalı eyni xeyriyyə təşkilatına dəstək məqsədilə keçirilən mükafat lotereyasında da iştirak etmək qərarına gəlib.


Təqdimat təşkilatçıları ilk dəfə Qrehemlə əlaqə saxlayıb qalib olduğunu söylədikdə, o, artıq müsabiqəyə qatıldığını da unutmuşdu.


"Mən əvvəllər heç nə qazanmamışam, amma bu, 52 il gözləməyə dəyərmiş. Gələcəkdə nə edəcəyimizi bilmirəm"-deyə o etiraf edir. Qeyd edək ki, Qrehem son 25 ildə Edinburqda İT sahəsində mütəxəssis kimi çalışıb.

 

Onun Amanda adlı həyat yoldaşı və iki övladı (18 yaşlı qızı və 15 yaşlı oğlu) var. Ailə 2014-cü ildən Sauthempton yaxınlığındakı dörd otaqlı evdə yaşayır.


Lakin ailənin yeni villası İspaniyanın Selva şəhərindən bir neçə dəqiqəlik piyada məsafədə yerləşən özəl hovuzu və heyrətamiz dağ mənzərələri olan sakit bir malikanədir. Bu, Mayorkada məşhur turistik yerdir.

"Əvvəlcə həyat yoldaşım stuldan xoşu gəlmirdi, indi isə sadəcə onu sevir! Hovuzun yanında bir az qəribə görünsə də, stulumuzu mütləq bura gətirəcəyəm"- deyə o, gülür.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sabah bu ərazilərdə qaz olmayacaq

Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən qaz xəttinin təmiri, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” yüksək təzy...

Millət vəkili Arzu Nağıyev Azərbaycanın yeni dövr prioritetlərindən danışdı -MÜSAHİBƏ

Postmüharibə dövrü Azərbaycanın təhlükəsizlik siyasətində yeni bir dönüş nöqtəsidir. İkinci Qarabağ müharibəsinin nəticələri, həm ölkə daxilində, həm də be...

Mehriban Əliyeva No Fon Li ilə görüşdü - FOTO

Mayın 7-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş...

İlham Əliyev və To Lam birgə bəyanatla çıxış etdilər

İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər.   Sf...

“Milli Konstitusiyadan tam Suverenlik zirvəsinə: Heydər Əliyev ideyaları ilə yeni qələbələrə doğru” - FOTO

Mayın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Milli Konstitusiyadan tam Suverenlik...

Bayramov Bağdadda Məşhədani ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bağdadda İraq Nümayəndələr Şurasının sədri Mahmud əl-Məşhədani ilə görüşüb.   Sfera.az xəbər verir ki,...