Xaçmazda 23 yaşlı gənc göldə boğuldu

Hadisə
21:36 / 12.02.2024
10123
Xaçmazın Ağaverdi-oba kəndində bədbəxt hadisə baş verib.
Sfera.az-ın məlumatına görə, rayon sakini, 2001-ci il təvəllüdlü Əliyev Fərid Rövşən oğlu Ağaverdi-oba kəndi ərazisində işlədiyi bağda gölə düşməsi nəticəsində göldə boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.