Leyla Abdullayeva etimadnaməsini Monako Şahzadəsinə təqdim etdi

Leyla Abdullayeva etimadnaməsini Monako Şahzadəsinə təqdim etdi

Azərbaycanın Fransada, eləcə də Monako Knyazlığındakı səfiri Leyla Abdullayeva etimadnaməsini Monakonun Şahzadəsi II Albertə təqdim edib.

 

Sfera.az xəbər verir ki, səfir Leyla Abdullayeva Prezident İlham Əliyevin salamlarını Şahzadə II Albertə çatdırıb.

 

Həmçinin Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra ölkədə həyata keçirilən quruculuq işləri və inkişaf strategiyası ilə bağlı Monako Şahzadəsini məlumatlandırıb. Səfir ikitərəfli əlaqələrə toxunaraq, ölkəmizin münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu deyib və bu istiqamətdə böyük potensialın mövcudluğunu vurğulayıb.

 

Görüşdə gələcəkdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

 

Monako Şahzadəsi II Albert səmimi salamlarını, dostluq münasibətini və xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. O, iki ölkə arasında əlaqələrin inkişafının intensivləşdirilməsində maraqlı olduğunu söyləyib.

 


OXŞAR XƏBƏRLƏR

Hava yenə pisləşəcək - Bu tarixədək yağış yağacaq

Mayın 8-11-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hi...

İlham Əliyev Moskva paradında iştirak etməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev 9 May paradında iştirak üçün Moskvaya səfər etməyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin k...

Rəsmi qarşılama mərasimindən- FOTOLAR

Azərbaycana dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın bu gün rəsmi qarşılanma mərasimi...

Sabah bu ərazilərdə qaz olmayacaq

Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən qaz xəttinin təmiri, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” yüksək təzy...

Millət vəkili Arzu Nağıyev Azərbaycanın yeni dövr prioritetlərindən danışdı -MÜSAHİBƏ

Postmüharibə dövrü Azərbaycanın təhlükəsizlik siyasətində yeni bir dönüş nöqtəsidir. İkinci Qarabağ müharibəsinin nəticələri, həm ölkə daxilində, həm də be...

Mehriban Əliyeva No Fon Li ilə görüşdü - FOTO

Mayın 7-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş...