Azərbaycanda müəllim dərs zamanı vəfat etdi - FOTO

Hadisə
19:23 / 12.02.2024
10599
Astara rayonu Artupa kənd məktəbinin tarix müəllimi, Astara Təhsil Sektorunun metodisti Əliyev Baloğlan İsmayıl oğlu dünyasını dəyişib.
Sfera.az cenublu.az-a istinadən xəbər verir ki, Baloğlan Əliyev dərs dediyi zaman halı qəflətən pisləşib, vəfat edib.
Qeyd edək ki, 17 yanvar tarixində Baloğlan müəllimin 65 yaşı tamam olmuşdu, təqaüdə çıxmağa hazırlaşırdı.
Allah rəhmət eləsin!