Rusiya qəzada ölən pilotların cəsədi tapdı

Rusiya qəzada ölən pilotların cəsədi tapdı

Kareliyada qəzaya uğrayan Mi-8 helikopterinin hər üç ekipaj üzvünün cəsədi tapılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

 

"Cinayət işi çərçivəsində müstəntiq 2024-cü il fevralın 4-də Kareliya Respublikasında qəzaya uğrayan Oneqa gölünün dibindən qaldırılmış helikopterə baxış keçirib. Hər üç ekipaj üzvünün cəsədi aşkar edilib", - deyə məlumatda bildirilib.


OXŞAR XƏBƏRLƏR