Putin Kadırovu təltif etdi

Dünya
18:24 / 08.02.2024
11125
Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Sfera.az xəbər verir ki, bu barədə TASS müvafiq fərmana istinadən məlumat yayıb.
Sənədin mətnində deyilir ki, bu mükafat Kadırova “Rusiya dövlətçiliyinin möhkəmlənməsinə, ölkənin müdafiə qabiliyyətinə və Çeçenistan Respublikasının sosial-iqtisadi inkişafına verdiyi böyük töhfəyə görə” verilib.