2 məktəblini vuraraq öldürən şəxs HƏBS OLUNDU

Cəmiyyət
18:00 / 08.02.2024
11493
Zaqatalada avtomobillə iki şagirdi vuraraq öldürən sürücü saxlanılıb.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
"Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs törətdiyi ağır cinayət əməlinə görə polis əməkdaşları tərəfindən tutulub. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir", - qurumdan qeyd olunub.