Mağazadan 3 min manatlıq OĞURLUQ

Mağazadan 3 min manatlıq OĞURLUQ

Fevralın 6-da səhər saatlarında Hövsan qəsəbəsi ərazisində yerləşən marketlərin birindən oğurluğa cəhd göstərən Ayxan Hacıyev Suraxanı RPİ 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, onun qəsəbə ərazisində 3 mağazadan ümumilikdə 2500 manat dəyərində 2 ədəd mobil telefon, aksesuar, 1000 manat pul və 300 manat dəyərində ətir oğurlaması da müəyyən olunub.

 

Araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR