İcra başçısı 64 yaşlı şairi tutdurmaq istəyir

İcra başçısı 64 yaşlı şairi tutdurmaq istəyir
 
Goranboy rayonunun Yeni yol kənd sakini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələsgər Əlioğlu (Təhməzov) tərəfindən ombudsman Elmira Süleymanovaya müraciət edilib 

Yazıçılar Birliyi üzvünün mia.az-a göndəriyi məktubda bildirilir ki, rayonun icra başçısı onu əsassız yerə həbs etdirmək istəyir:

"Hörmətli Elmira xanım!

Mən 27 sentyabr 2016-cı il tarixdə Sizə Goranboy rayon icra Hakimiyyəti başçısı Nizaməddin Quliyevin haqsızlıqları ilə bağlı müraciət etmişdim.

Çox qəribədir ki, şikayətdə əks edilmiş halların yoxlanılması, müvafiq tədbir görülməsi və nəticə barədə məlumatlar verilməsi məhz Nizaməddin Quliyevin özünə ünvanlanmışdır. Belə olan təqdirdə hansı insan hüquqlarından söz açıla bilər!?

Nizaməddin Quliyev bir ildən artıqdır ki,mənə,oğluma,bir sözlə bütün ailəmizə qarşı şər-böhtan kampaniyasını davam etdirməkdədir. O, bizdən nə istəyir!? Hətta rayon məhkəməsinə mənimlə bağlı iddia ərizəsi hazırladıb təqdim etmişdir ki, guya mən şər və böhtançıyam. Bir maraqlanan yoxdur ki, 64 yaşımın içərisində kiməsə şər- böhtan atmışam, ya yox!! Bu adam deyir ki, səni şər-böhtançı kimi tutdurmalıyam.

Ümummilli liderimiz möhtərəm Heydər Əliyevin qurub-yaratdığı və cənab Prezidentimiz İlham Əliyev tərəfindən daha da möhkəmləndirilən bir demokratik dövlətdə dinc yaşaya bilmiriksə nə etməliyik!?

Mən 30 ildən artıqdır ki, Yazıçılar Birliyinin (keçmış SSRİ Yazıçılar İttifaqının) üzvüyəm.Şeirlərim və nəsr əsərlərim qırx ilə yaxındır ki, dövri mətbuatda çap olunur, iyirmidən artıq kitabım çapdan çıxmışdir. Az-çox nüfuzum da vardır. Həmişə də başımı aşağı salıb işimlə məşğul olmuşam. İndi Nizaməddin Quliyev imkan vermir ki, öz yaradııcılıq işimlə məşul olum. Məhkəməyə gedən yollar daha məni yormuşdur.

Buna görə də Sizdən xahiş edirəm ki, bir Ombudsman kimi mənim və ailəmin hüquqlarının qoruynması yolunda müraciətimi aidiyyəti üzrə orqanlardan birinə yönəldəsiniz. Belə düşünürəm ki, bununla da məni, həmçinin ailəmi Nizaməddin Quliyevin şər-böhtanından xilas etmiş olarsınız". (politika.az)

Şikayətlə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.


OXŞAR XƏBƏRLƏR

Prezident Ağdamda sakinlərlə görüşdü

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlər...

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Kürdəmirdə vəzifəli şəxs vəfat edib.   Sfera.az "Qafqazinfo"a istinadən xəbər verir ki, 62 saylı dairə seçki komissiyasının (DSK) sədr...

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...