Nərimanovda köhnə binaların söküntüsü başladı

Nərimanovda köhnə binaların söküntüsü başladı

Xəbər verdiyimiz kimi, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarında artıq köhnə binaların sökülüb yerində yeniləri inşa olunur. Beş il müddətinə nəzərdə tutulan layihəyə artıq start verilib.
Artıq bir neçə gündür ki, Nərimanov rayonu Faiq Yusifov 10 ünvanında söküntü işlərinə başlanılıb. Burada istismar müddəti bitmiş 5 ikimərtəbəli binanın söküntüsü nəzərdə tutulub.
Böyük işçi qüvvəsinin cəlb olunduğu layihəyə əsasən, hazırda söküntü işləri aparılır. İş icraçıları bildirib ki, həmin binalarda yaşayan sakinlər 18 ay müddətinə kirayəyə çıxarılıb. Həmin müddət ərzində sakinlərin kirayə haqqı tikinti şirkəti tərəfindən ödənilir. İnşaat işləri tamamlandıqdan sonra sakinlər yeni təmirli mənzillərə köçürüləcək.
Bildirilib ki, pilot layihənin əsas məqsədi şəhərin memarlıq üslubuna xələl gətirən, bərbad vəziyyətdə olan tikililərin yerində yeni və müasir standartlara cavab verən binaların salınmasıdır. Hazırda tikilən binalar 16 mərtəbəli olacaq və qısa zaman ərzində tikintisinə başlanılacaq.
Tikintiyə Nərimanov rayon İcra Hakimiyyəti nəzarət edir və "İnkişaf S” şirkəti tərəfindən aparılır. (Qafqazinfo.az)


OXŞAR XƏBƏRLƏR

Prezident Ağdamda sakinlərlə görüşdü

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlər...

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Kürdəmirdə vəzifəli şəxs vəfat edib.   Sfera.az "Qafqazinfo"a istinadən xəbər verir ki, 62 saylı dairə seçki komissiyasının (DSK) sədr...

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...