Daha bir ölkə Qərb silahlarından İMTİNA ETDİ – Səbəb isə... 

Daha bir ölkə Qərb silahlarından İMTİNA ETDİ – Səbəb isə... 

Daha bir ölkə Qərb silahlarından imtina edir.

 

Sfera.az bildirir ki, bu barədə “Military Watch Magazine” jurnalı məlumat yayıb. Qeyd olunub ki, Əlcəzair və Qazaxıstandan sonra Efiopiya da Fransanın “Rafale” qırıcılarından imtina etmək və Rusiyadan “Su-30SM” almaq qərarına gəlib.

 

“Yanvarın 16-da Efiopiyanın Rusiyanın “Su-30” qırıcısını idarə edən on beşinci ölkə olduğu təsdiqlənib. Bu ölkə əvvəllər Fransanın “Rafale” qırıcı təyyarələrinin əsas müştərisi hesab olunurdu. Həmçinin Hindistan Hərbi Hava Qüvvələri 36 “Rafale” əldə etsə də, əlavə sifarişlər verməyib. Ölkə “Su-30” donanmasını 270 qırıcıya qədər genişləndirməyə davam edib. Ümumiyyətlə, Efiopiya və Qazaxıstanın aldığı “Su-30SM”, Əlcəzairin aldığı “Su-30MKA” və Hindistanın aldığı “Su-30MKI” qırıcılarının ortaq tərəfləri var. Hər üçü “İrkutsk Aviasiya Zavodu”nda istehsal olunur və təyyarənin döyüşə hazır variantları hesab edilir”.

 

Nəşr həmçinin Efiopiyanın Rusiya qırıcılarına müraciət etmə səbəblərini də açıqlayıb: “Rusiyanın “Su-30”u Fransanın “Rafale”nə nisbətən, müqavilə imzalandıqdan sonra bir il ərzində təhvil verilir. Yeni qırıcılara təcili ehtiyacın olduğu bir vaxtda Efiopiyanın bu seçimi normaldır. Eyni zamanda, digər texniki məsələlər də buna təsir edən amillərdəndir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Növbəti iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti mayın 14-dən 15-i gün...

Türk aktrisa Londonda mühüm tədbirdən qovuldu - FOTO

Türkiyə əsilli televiziya ulduzu Ekin-Su Cülcüloğlu Londonda keçirilən BAFTA televiziya mükafatlandırma mərasimindən sonra rəsmi şam yeməyinə gizlicə daxil olma...

Fahriye Evcen 11 il sonra bunu etdi - FOTO

Ekranlardan bir müddət uzaq qalan məşhur aktrisa Fahriye Evcen sosial mediada nostaljik bir paylaşım ilə diqqətləri üzərinə çədib.   Sfera.az xə...

Magistratura imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq ...

Quruculuq işləri ilə erməni vandallığının izləri də Qarabağdan silinir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin doğum gününü  gözəl Qarabağımızda qeyd etdilər. Bərpa-quruculuq iş...

Oğurluğa görə cəza sərtləşdirilir

Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cəza sərtləşdirilir, bu əmələ görə azadlıqdan məhrumetmə iki ildən üç ilə qaldırılır.   Sfe...