Ukrayna 300 milyardlıq rus aktivlərini bu yolla əldə edəcək – MARAQLI FORMUL

Ukrayna 300 milyardlıq rus aktivlərini bu yolla əldə edəcək – MARAQLI FORMUL

Avropada dondurulan 300 milyard dollar dəyərindəki rus aktivlərini Ukraynanın necə əldə edə biləcəyi məlum olub. 


Sfera.az "Reuters"ə istinadən xəbər verir ki, Ukrayna rus aktivlərindən istiqraz buraxmaqla dolayı yolla istifadə edə bilər. 


Bunun mexanizmi belə olacaq. Öncə Ukrayna döyüşlərdə dəymiş ziyanı hesablayaraq Rusiyadan təzminat tələb edəcək. Rəsmi Kiyev daha sonra təzminat iddialarında nəzərdə tutulan məbləğə uyğun olaraq istiqrazlar buraxacaq. Ukrayna bu istiqrazları alacaq Qərb dövlətləri qarşısında gələcəkdə Rusiyaya qarşı dəyən zərərin ödənilməsi üçün iddia qaldıracağına dair öhdəlik götürəcək. Öhdəliyə əsasən, Ukrayna münaqişədə dəymiş zərərə uyğun olaraq Rusiyadan təzminat alacağı təqdirdə istiqrazlara görə yaranacaq borcları ödəyəcək.


Aydındır ki, rəsmi Moskva könüllü şəkildə Ukraynaya təzminat ödəməyəcək. Buna görə də Ukraynaya ödənilməli olan təzminat Rusiya dövlətinə aid xaricdə dondurulan aktivlərdən istifadə edilməklə maliyyələşdiriləcək. 


"Reuters" hesab edir ki, bu yol, beynəlxalq hüquq prinsiplərinə görə, Rusiya dövlətinə aid vəsaitlərin birbaşa müsadirə edilməsindən daha doğru yoldur. 


Bu üsul istiqrazların alıcılarının dairəsinin genişləndirilməsinə da imkan yaradır. Yəni, istiqrazlara sadəcə dövlətlər deyil, həm də özəl sektor da maraq göstərəcək.

 
Ukrayna təzminat iddialı istiqraz buraxmaqla dolayısı ilə rus aktivlərini əldə etmiş olacaq və uzun müddət müharibə aparmaq üçün böyük maliyyə dəstəyi qazanacaq. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR