“ABŞ Qətər, Misir və İsrail ilə..." - Ağ Ev BƏYANAT YAYDI

“ABŞ Qətər, Misir və İsrail ilə...

“ABŞ Prezidenti Co Bayden Qətər, Misir və İsrail rəhbərliyi ilə sıx əməkdaşlıq edərək Fələstinin HƏMAS radikal qruplaşması tərəfindən tutulan girovların azadlığını təmin etmək niyyətindədir”.

 

Sfera.az xəbər verir ki, bu, Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

 

Baydenin sözlərinə görə, HƏMAS 100 gündür Qəzza zolağında altı ABŞ vətəndaşı da daxil olmaqla 100-dən çox girov saxlayır. 

 

Amerika lideri qeyd edib ki, o və köməkçiləri girovların azad edilməsi üçün dayanmadan çalışırlar və bu yolda əllərindən gələni əsirgəmirlər.


 
Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR