COVID-19-un “Şeytan” ştamı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ - Bu ölkələrdə AŞKARLANDI

COVID-19-un “Şeytan” ştamı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ - Bu ölkələrdə AŞKARLANDI

Bir müddətdir, dünyada COVID-19-un yeni variantı ilə bağlı məlumatlar müzakirə obyektinə çevrilib. Bununla əlaqəli Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da xəbərdarlıq edib. “Omicron”un alt variantı olan “JN.1” artıq Hindistan, Çin və ABŞ-də aşkarlanıb. Mütəxəssislər qış fəslində insanları ehtiyatlı olmağa çağırıblar.

 

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə isə, “JN.1” hazırda ən sürətlə yayılan variantdır. Həmçinin iddia olunur ki, sözügedən varianta görə son 4 həftə ərzində COVID-19-a yoluxma 43% artıb.

 

COVID-19-un yeni variantı ilə bağlı Sfera.az-a açıqlama verən professor, tibb elmləri doktoru Musa Qəniyev deyib ki, “JN.1” ana ştamla müqayisədə iki dəfə zəifdir:

 

“İstər təbii, istərsə də vaksinasiya yolu ilə əmələ gələn immunitetin sözügedən ştamı neytrallaşdırması baxımından bu, belədir. “JN.1” ə həmçinin, yuxu pozğunluğu və kəskin oyanıqlıq törətmək də xasdır. Bəzi mənbələr bu ştamı hətta “Şeytan” adlandırır, COVID-19-a yoluxmanın kəskin artacağını, yeni dalğanın baş verəcəyini və təkrar qapanmaya zərurətinin yaranacağını irəli sürürlər. Qeyd etməliyəm ki, “JN.1”in yoluxduruculuq qabiliyyəti, yəni Ro indeksi yüksək ola bilər, lakin patogenlik və letallığı, yəni ölüm törətməsi mütləq mənada sıfırdır. Yəni “JN.1” ştamı “Omikron” ailəsinin patogenliyi ən zəif olan nümayəndəsidir və tezliklə unudulacaq”.

 

Mütəxəssis narahatlığa əsas olmadığını vurğulayıb: “Yalnız məlum iqlim dəyişiklikləri ilə bağlı virus infeksiyaları artır. Buna görə də adi gigiyenik qaydalara riayət etmək, “nəfəs-nəfəsə durmaq”, “qucaqlaşmaq” kimi ünsiyyət formalarından əl çəkmək lazımdır. Hazırda istənilən bir virus infeksiyası hansısa bir konkret məkanda lokallaşa bilməz. Harada yaranmasından asılı olmayaraq, onunla mübarizəyə hər zaman hazır olmalıyıq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bu ərazidə işıq olmayacaq

Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bununla bağlı &ldquo...

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...