Vaşinqton Ankaraya qarşı yenə “PKK kartı”na ƏL ATDI: Türkiyə hansı addımı atacaq? 

Vaşinqton Ankaraya qarşı yenə “PKK kartı”na ƏL ATDI: Türkiyə hansı addımı atacaq? 

Ötən gün Türkiyə Ordusunun İraq və Suriyanın şimalına hava zərbələri endirməsi dünya mediasında müzakirə obyektinə çevrilib. Bundan əvvəl, İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə çatıb. Ümumiyyətlə, son zamanlar Türkiyə ordusunda şəhid sayının artdığı vurğulanır.

 

Qeyd olunur ki, bu, keçmiş baş qərargah rəisi Yaşar Gülərin milli müdafiə naziri təyin olunmasından sonrakı dövrə təsadüf edir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, son vaxtlar Türkiyəyə qarşı hücumlar da çoxalıb: “Hücumların artması təsadüfi deyil. Bunun əsas səbəbi Ankaranın müstəqil xarici siyasət kursudur. Türkiyənin müxtəlif regionlarda, o cümlədən Cənubi Qafqazdakı, Yaxın Şərqdəki, Şərqi Avropadakı prinsipial mövqeyi xüsusilə ABŞ-ni narahat edir. İŞİD, PKK, YPG kimi terror təşkilatları məhz ABŞ-dən idarə olunur. Vaşinqton bu terror təşkilatları vasitəsilə Türkiyəni zəiflətmək istəyir. Terrorçuların son vaxtlar fəallaşması məhz Türkiyəyə qarşı artan hücumların təzahürüdür. Yəni Türkiyə şəhidlərinin qanında əslində ABŞ-nin əli var”.

 

Müsahibimiz deyib ki, Türkiyə terrorçulara qarşı mübarizə aparmaqla həm də ABŞ-nin təzyiqlərinin qarşısını alır: “Bu, həm də Vaşinqtonun Ankara ilə bağlı çirkin oyunlarının qarşısının alınması deməkdir. Türkiyə Silahlı Qüvvələri bundan sonra şəhid verə bilər. Amma rəsmi Ankara terrorla mübarizəni davam etdirməklə sərhədlərinin təhlükəsizliyini təmin edəcək, Suriya və İraqda terror dövlətinin yaradılmasına imkan verməyəcək və ABŞ-nin təzyiqlərinin qarşısını alacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR