ŞOK HADİSƏ: Yer yarıldı, içinə girdi - FOTO

ŞOK HADİSƏ: Yer yarıldı, içinə girdi - FOTO

İslandiyada bir nəfər yerdə açılan çuxura düşərək, itib. İndi axtarış-xilasetmə qrupu bəxtsiz adamı axtarır.


Sfera.az bildirir ki, çuxur İslandiyanın Reykjanes yarımadasındakı son vulkanik fəaliyyət nəticəsində yaranıb. Paytaxt Reykyavikdən cənub-qərbdə yerləşən yarımadada vulkan püskürüb.


Axtarış-xilasetmə əməliyyatında 200-ə yaxın adam iştirak edir. Onlar zamanla yarışırlar, çünki yaxın günlərdə vulkan püskürməsi riski artır.


200-dən çox adamın iştirak etdiyi axtarış-xilasetmə əməliyyatı gecə boyu davam edib, lakin itkin düşən şəxs tapılmayıb.

 


 

Bölgənin polis rəisi Ulfar Luviksson jurnalistlərə açıqlamasında:


"Biz tapana qədər onu axtarmağa gəldik"-deyib.


O, çatın nə qədər dərin olduğunun məlum olmadığını və çuxurlara başqa heç kimin düşməməsi üçün axtarış əməliyyatını diqqətlə planlaşdırmaq lazım olduğunu bildirib. Bəzi hesablamalara görə, çuxurun dərinliyi 30 metrdən bir qədər çox ola bilər.

 

Xilasedicilər növbə ilə xüsusi səbətdə yavaş-yavaş çatlara enirlər.


Ekspertlər isə qeyd edir ki, Noyabrın əvvəlində yerdə təhlükəli buxar buludlarının çıxdığı nəhəng çatlardan sonra bütün Qrindavik şəhəri boşaldılmalı idi. Xoşbəxtlikdən, vulkan püskürməsi nəticəsində yaranan lava axınları yarımadanın yaşayış olmayan ərazisinə yayılıb.
 

Axtarış və xilasetmə qrupları zamana qarşı yarışdığı üçün vəziyyət kritik hala gəlir. İslandiya Meteorologiya İdarəsinin isə verdiyi açıqlamaya görə, yaxın günlərdə təkrar püskürmə riski var.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

"Yaşadığımız bina qəsdən yararsız hala salınır" - Səbaildən ŞİKAYƏT

Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən, 9 mərtəbəli yaşayış binasının yararsız hala salınması üçün işlər getdiyi iddia olunu...

Azərbaycanda iş günləri 4-ə endirilir? - MÜHÜM YENİLİK

Azərbaycanda bəzi aylarda ard-arda qeyri-iş günlərinin olması müxtəlif aspektlərdən dəyərləndirilir. Bayram və istirahət günləri bir tərəfdən insanların dincəlm...

Leyla Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni di...

Türkiyədə 6 bal gücündə zəlzələ oldu

Türkiyənin Muğla vilayətinin Datça rayonu sahillərində yerli vaxtla saat 01:51-də 6 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki,...

Bu ərazidə işıq olmayacaq

Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bununla bağlı &ldquo...

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...