"Microsoft" "Apple"ı ÖTDÜ - STATİSTİKA

Süni intellekt sahəsindəki təşəbbüsləri ilə investorların diqqətini çəkən "Microsoft"un səhmləri yeni ildə 1,5 faiz artaraq 2,888 trilyon dollar bazar dəyərinə çatıb.

 

Sfera.az xəbər verir ki, "Apple" isə 0,3 faiz itki ilə bazar dəyərini 2,887 trilyon dollara endirib. Beləliklə, "Apple" 2021-ci ildən bəri ilk dəfə bazar dəyəri baxımından "Microsoft"dan aşağı düşüb.

 

Son səhm qiymətlərinə nəzər salsaq, ilin əvvəlindən Kaliforniyada yerləşən "Apple" şirkətinin səhmləri 3,3 faiz düşsə də, "Microsoft"un səhmləri 1,8 faiz artıb.

 

"Apple"ın ən böyük gəlir mənbəyi olan "iPhone" satışlarının, xüsusən də Çində zəif qalacağına dair narahatlıqlar səhm performansına mənfi təsir göstərir.

 

İnvestisiya broker şirkəti "Redburn Atlantic" müştərilərinə göndərdiyi məlumat qeydində canlanan "Huawei" rəqabətinə və "Apple"a təzyiqi artıran Çin-ABŞ gərginliyinə işarə edərək, "Çin gələcək illərdə şirkətin performansına mənfi təsir göstərə bilər" deyib. Dekabrın 14-də səhmlərinin dəyəri 3 milyard 81 trilyon dollara çatmış "Apple" ili 48 faiz artımla bağlayıb.

 

"ChatGPT" istehsalçısı "OpenAI"nin sərmayəsi sayəsində 2023-cü ildə süni intellektlə dəstəklənən alətləri işə salan "Microsoft"un səhmləri isə keçən il 57 faiz dəyər qazanıb.

 

Əzizə
 


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...