Praqada silahlı atışma: 10 nəfər öldü

Praqada silahlı atışma: 10 nəfər öldü

Çexiyada Praqanın mərkəzində atışma baş verib. Naməlum şəxs Çarlz Universitetinə daxil olaraq insanlara atəş açmağa başlayıb. Ölənlər və yaralılar var.

 

Sfera.az bildirir ki, hadisə Çarlz Universitetinin fəlsəfə fakültəsində baş verib.

 

Çexiya polisi hücumçunun məhv edildiyini bildirib.

 

Ölən və yaralananların sayı açıqlanmır.

 

****

 

Xəbər verdiyimiz kimi, Praqadakı Karlova Universitetinin fəlsəfə fakültəsində dəhşətli qətliam baş verib.

 

Məlumata görə, hadisə nəticəsində 10 nəfər ölüb 20 nəfər yaralanıb.

 

Terroru törədən şəxs 1999-cu il təvəllüdlü Çex vətəndaşıdır. Onun psixi problemləri olduğu bildirilir. Terrorçu fəlsəfə fakültəsinin tələbəsi olub.

 

Qeyd olunub ki, bu gun o, atasını öldürüb, daha sonra universitetə basqın edib.

 

Məlumata görə, hadisəni törədən şəxs daha sonra intihar edib. 

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR