Rövşən Nəcəfov məzunu olduğu məktəbin şagirdləri ilə görüşüb - FOTOLAR

Rövşən Nəcəfov məzunu olduğu məktəbin şagirdləri ilə görüşüb - FOTOLAR

"Bir Gələcək” təşəbbüsü çərçivəsində növbəti görüş Gəncə şəhəri, K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbdə keçirilib.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Bir Gələcək” təşəbbüsü çərçivəsində məktəb şagirdləri üçün növbəti görüş Rövşən Nəcəfovun iştirakı ilə məzunu olduğu Gəncə şəhəri, K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbdə baş tutdu.

 

"İctimai fəallığın artırılması ilə dəyişim əməkdaşlığı” layihəsi çərçivəsində keçirilən "Bir Gələcək” təşəbbüsünün məqsədi şagirdləri gələcək ixtisas seçimi və karyera planlaması mövzusunda maarifləndirmək, dövlət və özəl sektorda çalışan, peşəkar həyatda uğur qazanan şəxslərlə şagirdlərin görüşünü təşkil edərək fərdi inkişafa dəstək olmaqdır.

 

Hal-hazırda peşəkar fəaliyyətinə klinik psixoloq olaraq davam edən Rövşən Nəcəfov auditoriyaya təhsil aldığı illərdə qazandığı bilik və bacarıqlar barəsində danışıb, gələcək ixtisas və karyera seçimi ilə bağlı öz tövsiyələrini bölüşüb və şagirdləri maraqlandıran sualları cavablandırıb. Görüşün sonunda məktəb şagirdlərinə sertifikat təqdim olunub.

 


OXŞAR XƏBƏRLƏR

Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət edib.   Sfera.az xəbər verir ki, nazir Azərbaycanın 44 günlük Vətən müharibə...

Şərurlu İsfəndiyar məhkəməyə gəldi

Tikinti sektorunda Şərurlu İsfəndiyar kimi tanınan iş adamı, "Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov məhkəməyə gəlib.   Sfera.az xəbər v...

Hakan Fidan Fransa və ABŞ rəsmiləri ilə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda ABŞ dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan Noel Baron ilə telefon danışı...

ADY Qurban bayramı günlərində Qəbələyə əlavə reyslər təyin etdi

Azərbaycan Dəmir Yolları QSC (ADY) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakıdan Qəbələyə əlavə reyslər təyin edib.   Sfera.az bu barədə sə...

Polis insan alverinə görə bu qadınları axtarır – SİYAHI/FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib.   Sfera.az "unikal.az"a ...

Əmək müqavilələri ilə bağlı işəgötürənlərə xəbərdarlıq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı işəgötü...