İstanbulda hava limanında partlayış - Yaralananlar var
Cəmiyyət
03:24 / 25.12.2015
948
Dünən gecə radələrində İstanbulda Sabiha Gökçen beynəlxalq hava limanında güclü partlayış baş verib.Avropa.info xəbər verir ki, Sabiha Gökçen hava limanında səbəbləri hələ tam məlum olmayan partlayış zamanı 2 nəfər yaralanıb.Hadisə yerinə çoxlu sayda polis əməkdaşı və yanğınsöndürənlər cəlb olunub. Hava limanının bütün giriş və çıxışları polis tərəfindən nəzarətə götürülüb. Avtomobillərdə axtarış aparılır. Hadisə yerinə bir polis vertolyotu da cəlb olunub.İstanbul valisi Vasip Şahin hava limanında gecə, yerli vaxtla saat 02:05-də baş vermiş partlayış zamanı iki təmizlik işçisinin yaralandığını və hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparıldığını bildirib.