HƏMAS İlon Maskı Qəzzaya dəvət etdi - SƏBƏB

HƏMAS İlon Maskı Qəzzaya dəvət etdi - SƏBƏB

HƏMAS bir neçə gün əvvəl İsrailə səfər etmiş amerikalı milyarder İlon Maskı vəziyyətlə yerində tanış olmaq üçün Qəzzaya dəvət edib.

 

Sfera.az xəbər verir ki, Təl-Əvivə səfəri zamanı Maskın Qəzza zolağına internet verməmək üçün İsraillə prinsipial razılığa gəldiyi açıqlanıb. Razılaşmaya əsasən, Maska məxsus peyk internet sistemi İsrailin icazəsi olmadan blokadada olan Qəzza zolağına peyk interneti ötürməyəcək.

 

​Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR