"İlk maaşım 70 manat olub, onun 40 manatını..." - Qurban Qurbanov

“Həmişə sırf futboldan danışmışam. Amma bugün filmdən söhbət edirik və ona görə də budəfəki müsahiəm fərqlidir. Filmdə keçdiyim yollar qısa olaraq göstərilir. Lakin mən filmi izlərkən uzaqlara getdim”.
 

Sfera.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqqında çəkilən və dünən təqdimatı olan “Stadionlar səssiz olanda” filmi barədə danışarkən deyib.

 

Təcrübəli mütəxəssis qeyd edib ki, bu film onun məsuliyyətini daha da artırır: “Bu gün müəyyən səviyyəyə gəlib çıxmışıqsa, çalışmalıyıq ki, bunu qoruyub saxlayaq, daha da artıraq. Mənim üçün çox maraqlı oldu. Mən o günləri, hadisələri canlı yaşamışam. İndi də sanki 52 yaşımdan 6-7 yaşım olan vaxtlara qayıtdım və qısa zamanda da geri döndüm”.

 

Q.Qurbanov “Stadionlar səssiz olanda” filminin təqdimatının qarşıdakı “Mölde” ilə matçda futbolçularına motivasiya olacağına inandığını bildirib: “İnşallah bu gün izlədikləri filmin futbolçulara faydası olar. Bu gün zalda filmdəki bəzi anları bizimlə birgə yaşayan oyunçular da var idi. Orda olmayan futbolçular isə gördülər ki, qazandığımız uğurlara böyük dəyər verilir. Bəlkə onlar da istəyəcəklər ki, gələcəkdə “Qarabağ” yeni bir tarix yazsın və o olaylarda adları çəkilsin”.

 

“Filmdə təsvir olunan köməkçiniz Asif Əsgərov idimi” sualını Qurbanov belə cavablandırıb: “Bütün işlərimdə Asif Əsgərov yanımdadır. Yəqin ki, onu təsvir etməyə çalışıblar. Amma mən bu barədə heç kimə məlumat verməmişəm”.

 

Sonda Q.Qurbanov filmin ona daha çox təsir edən hissələrindən də söz açıb: “Maraqlı hissələr çox oldu. Amma iki hissə mənə daha çox təsir etdi ki, bunlardan birincisi qardaşım Musanın əsgərlikdən gələndən sonra mənim məşqlərimi, oyunlarımı izləməsi idi. Digəri isə 16, yaxud 17 yaşımda, indi dəqiq xatırlamıram, ilk dəfə maaş aldığım epizod idi. Yadımdadır, həmin vaxt 70 manat maaş aldım və stadiondan birbaşa Zaqatala bazarına yollandım və evə 40 manatlıq bazarlıq etdim. Gələrkən evdə təkcə anam var idi. İlk dəfə öz maaşımla evə bazarlıq etmişdim. Bu hissə mənə çox təsir etdi, anamı xatırladım. Bir anlıq o günlərə qayıtdım”.


OXŞAR XƏBƏRLƏR

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...

İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olu...

Mayora şəhid adı veriləcək - FOTO

Gəncə İnzibati Məhkəməsi 2008-ci ildə həyatını itirən mayor Abbasov Rövşən Akif oğluna şəhid adının verilməsi ilə bağlı Müdafiə Nazirliyi üzərinə öhdəlik qoyub....

Rusiya Ukraynaya ağır zərbə endirəcək: "1000-ə yaxın PUA ilə..."

Yaxın vaxtlarda Rusiya ölkəmizin ərazisinə 1000-ə yaxın pilotsuz uçuş aparatı (PUA) ilə hücum edəcək.   Sfera.az UNİAN-a istinadən xəbər verir ki, bu...