"Barselona"nın yetirməsi Qətərdən Azərbaycana niyə gəlib?

"Sabah"ın ispaniyalı vingeri Kristian Sebalyos Azərbaycan Premyer Liqasının səviyyəsi ilə bağlı fikirlərini bölüşüb.

 

Sportinfo.az xəbər verir ki, "Relevo"ya açıqlama verən 30 yaşlı futbolçu bunları deyib:

 

"Azərbaycan Premyer Liqasının yaxşı səviyyəsi var. Xüsusən də, çempionatın ilk 5-6-cı pillələrində yer alan komandaların səviyyəsi yaxşıdır.

 

Vaxtilə çıxış etdiyim Qətərdə əcnəbi oyunçulara qoyulan limit məni Azərbaycana köçməyə sövq etmişdi".


OXŞAR XƏBƏRLƏR