Logo

Azərbaycan və İraq arasında siyasi məsləhətləşmələr keçiriləcək

Azərbaycan və İraq arasında siyasi məsləhətləşmələr keçiriləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan və İraq arasında siyasi məsləhətləşmələr keçiriləcək.

Sfera.az xəbər verir ki, bununla bağlı iki ölkə arasında “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” imzalanıb.

Sənədin imzalanması mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İraqın xarici işlər nazirinin müavini Məhəmməd Hüseyn Bəhr Əl-Ulum iştirak ediblər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və İraq Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə noyabrın 20-də iki ölkə arasında bir sıra sənədlər imzalanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR