“Azerçay” şəhidin xatirəsinə həsr olunan tədbir təşkil edib - FOTO

“Azerçay” şəhidin xatirəsinə həsr olunan tədbir təşkil edib - FOTO

Yaranan gündən ölkəmizin dəyərləri, tarixi və mədəniyyətinə xüsusi həssaslıqla yanaşan “Azerçay” növbəti dəfə ənənəsinə sadiq qalıb. Dünyanın 40-dan artıq ölkəsində “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyan milli markamızın dəstəyi ilə bu dəfə Şəkinin Zəyzid kəndində 8 noyabr “Zəfər Günü” münasibəti ilə və  Şəhid Pənah Məmmədovun əziz xatirəsinə həsr olunan tədbir keçirilib.

 

Şəhid ailəsinin ziyarəti ilə başlanan tədbirdə kənd icra nümayəndə heyəti, məktəbin rəhbər və müəllim heyəti, “Azərsun Holdinq”in regional satış rəhbərliyi və “Azerçay” marketinq komandası iştirak edib. Qonaqlara çay ziyafətinin verildiyi layihədə iştirak edən  şagirdlərə çay çeşidləri və məktəb ləvazimatları hədiyyə olunub.

 

Bununla yanaşı marka nümayəndələri şəhid ailələrinə də müxtəlif çay çeşidlərindən hədiyyə təqdim edib.

 

Qeyd edək ki, Pənah Məmmədov 2000-ci il avqustun 26-da Şəki rayonunun Orta Zəyzid kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan  İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şəki rayonunda dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Pənah Məmmədov ölümündən sonra "Vətən uğrunda",  "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Tədbirdən videonu izləmək üçün keçid:

 

//youtu.be/b2KRlccuX5I


OXŞAR XƏBƏRLƏR

“Land Rover”də narkotik AŞKARLANDI - FOTO

Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bil...

Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Ötən günlərdə Azərbaycan Tibb Universitetinin müəlimi Nazxanım Nəzirbəyin təhsil ocağının tələbələrinin fotosunu çəkməsi və üstəlik bunu sosial şəbəkədə paylaşa...

Almaniya Qazaxıstandan neft idxalını ARTIRACAQ - RAZILAŞMA

Almaniya Qazaxıstandan neft tədarükünü artırmağı xahiş edib.   Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı məlumatı Qazaxıstan...

"Kimdə nə yoxdursa, ona meyilli olur..." - Psixoloqdan son günlərin trendi ilə bağlı AÇIQLAMA

Son günlər göz rəngini dəyişən insanların sayında artım müşahidə olunur. Bu sıraya xüsusilə məşhurlar qoşulub. Ötən gün aparıcı Nanə Ağamalıyevanın da göz rəngi...

Dünya çempionu 31 yaşında karyerasını BAŞA VURDU

Fransa millisi ilə dünya çempionatının qalibi olan Rafael Varan karyerasını başa vurub.   Sfera.az xəbər verir ki, 31 yaşlı müdafiəçi bu barədə rəsmi...

Azərbaycanda su ehtiyatları 20-25 faiz AZALACAQ

"Hazırda bütün dünyada, o cümlədən ölkəmizdə qlobal iqlim dəyişilmələrinin neqativ təsirləri getdikcə genişlənir. Bu təsirlər arid zonalarada yerləşən ölkə...