Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? - Maraqlı araşdırma

Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? - Maraqlı araşdırma

Hər kəsin həyatında özəl günlər xüsusi yer tutur. Onlardan biri də nişandır. Nişan üzüyünün isə sol əlin adsız barmağına taxıldığı hamıya məlumdur. Amma çoxumuz bunun səbəbini bilmirik və üzüyümüzü hamı kimi sol əlimizin adsız barmağına taxırıq.

 

Bəs nişan üzüyü niyə sol əlin soldan ikinci barmağına, yəni adsız barmağa taxılır?  

 

Sfera.az xəbər verir ki, nişan üzüklərinin tarixi 13-cü əsrə, Roma imperiyasına gedib çıxır. O vaxt Roma papası III İnnokenti nişan və toy mərasimləri arasında müəyyən qədər fasilə verilməsinə göstəriş verib. Üzüklərin də istifadəsinə bundan sonra başlanılıb.

 

Üzüyün sol əlin adsız barmağına taxılması da yunan və romalılardan qalan ənənədir. Onlar bu barmağı birbaşa ürəyə qədər uzanan “Vena amroris” və ya “sevgi venası”na görə seçiblər. İlk üzüklər dəmirdən, sonrakılar isə qızıldan hazırlanıb. Brilliantlar isə sonradan dizayna əlavə olunub. Tarixdə həyat yoldaşına ilk brilliant üzük hədiyyə edən kişi Avstriya Ershersoqu Maksimiliandır. O bu hədiyyəni 1477-ci ildə edib. 1930-cu ilə qədər isə brilliant qaşlı üzüklər ancaq zənginlərin hədiyyə edə biləcəyi əşya olub.

 

Cənubi Afrikada böyük almaz mədənləri kəşf edildikdən sonra, 1930-cu ildə “Diamond Jewellery” adlı şirkət brilliantı geniş kütlələrə çatdıra bilib.

 

Ülkər Abdurahmanlı

 

 


OXŞAR XƏBƏRLƏR

Kanada Hindistanın altı diplomatını ərazisindən çıxaracaq

Kanada hökuməti Hindistanın 6 diplomatını vətəndaşlarına qarşı törətdikləri qanunsuz hərəkətlərlə əlaqədar ölkədən çıxarmaq qərarına gəlib.   Sfera.a...

Samsung Galaxy S25 Ultra-nın son dizaynı üzə çıxdı - FOTO

Galaxy S25 seriyasının rəsmi elanına cəmi üç ay qalıb və gələcək smartfonla bağlı çoxlu sızmalar artıq ortaya çıxıb.   Sfera.az xəbər verir ki, yeni se...

“Hizbullah” İsrailin Livandakı mövqelərinə zərbələr endirdi

“Hizbullah” İsrail ordusunun Livanın cənubunda və İsrailin şimalında cəmləşdiyi yerə raket zərbələri endirib.   Sfera.az RİA Novostiyə is...

Pezeşkian səfirliyimizə hücumdan danışdı: "Bu məsələni izləyəcəyik..."

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.   Sfera.az ...

22 yaşında müraciət etdiyi işdən yarım əsr sonra cavab alan qadın - FOTO

Demək olar ki, hamımız böyük ümidlərlə işə müraciət etməyi, hətta mənfi və ya müsbət cavab almamağı da yaşamışıq. “Niyə işə götürmədilər”, “ni...

Bu qidalar cinsi istəyi zəiflədir

Qidalanma cinsi istəyə əhəmiyyətli təsir göstərə bilər.   Sfera.az xəbər verir ki, spirt və şəkər libidoya mənfi təsir göstərir. Bu qidalar testosteron...