Kişilər qadınlardan fərqli olaraq daha çox acı çəkirlər - ARAŞDIRMA
Maraqlı
11:58 / 25.09.2024
3623
Eyni dərəcəli ağrını qadınların kişilərdən daha az hiss etdikləri məlum olub.
Sfera.az xəbər verir ki, bu barədə Kanadada tədqiqat aparılıb. Fərqli yaş qruplarından olan insanlar bu tədqiqatda iştirak ediblər.
Məlum olub ki, kişilər keçmişdə baş vermiş ağrılı hadisəni düşündüklərində və ya eyni motivli hadisəni yenidən yaşadıqda daha çox narahatlıq keçirir və stressli olurlar. Qadınlar isə keçmişdə yaşadıqları neqativ hadisələri kişilərdən fərqli xatırlayır və daha soyuqqanlı olurlar.
Ülkər Abdurahmanlı