Baş Prokurorluq qanunsuz silahlarla bağlı vətəndaşlara çağırış etdi

Baş Prokurorluq qanunsuz silahlarla bağlı vətəndaşlara çağırış etdi

Baş Prokurorluq qanunsuz silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğuların könüllü təhvil verilməsinin hüquqi nəticələri ilə bağlı vətəndaşlara çağırış edib.

 

Qurumdan Sfera.az-a bildirilib ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur.

 

Qeyd olunan əməllər iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Cinayət qanunvericiliyinə əsasən qanunsuz odlu silah və digər qeyd edilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.

 

"Odur ki, vətəndaşları onlarda olan qanunsuz odlu silah və onun komplekt hissələrini, partlayıcı maddə və qurğuları təhvil verməyə çağırırıq.

 

Vətəndaşlar nəzərə almalıdırlar ki, hətta hadisələrin təsadüfi axını zəminində böyük ictimai təhlükə törətməyən cinayətin belə odlu silahla törədilməsi şəxsin məsuliyyətini ağırlaşdıran haldır. Həmçinin, odlu silah və digər döyüş sursatlarını saxlama potensial cinayət təhlükəsi yaradır və ağır nəticələrə səbəb ola bilər", - məlumatda vurğulanır.


OXŞAR XƏBƏRLƏR

“Land Rover”də narkotik AŞKARLANDI - FOTO

Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bil...

Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Ötən günlərdə Azərbaycan Tibb Universitetinin müəlimi Nazxanım Nəzirbəyin təhsil ocağının tələbələrinin fotosunu çəkməsi və üstəlik bunu sosial şəbəkədə paylaşa...

Almaniya Qazaxıstandan neft idxalını ARTIRACAQ - RAZILAŞMA

Almaniya Qazaxıstandan neft tədarükünü artırmağı xahiş edib.   Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı məlumatı Qazaxıstan...

"Kimdə nə yoxdursa, ona meyilli olur..." - Psixoloqdan son günlərin trendi ilə bağlı AÇIQLAMA

Son günlər göz rəngini dəyişən insanların sayında artım müşahidə olunur. Bu sıraya xüsusilə məşhurlar qoşulub. Ötən gün aparıcı Nanə Ağamalıyevanın da göz rəngi...

Dünya çempionu 31 yaşında karyerasını BAŞA VURDU

Fransa millisi ilə dünya çempionatının qalibi olan Rafael Varan karyerasını başa vurub.   Sfera.az xəbər verir ki, 31 yaşlı müdafiəçi bu barədə rəsmi...

Azərbaycanda su ehtiyatları 20-25 faiz AZALACAQ

"Hazırda bütün dünyada, o cümlədən ölkəmizdə qlobal iqlim dəyişilmələrinin neqativ təsirləri getdikcə genişlənir. Bu təsirlər arid zonalarada yerləşən ölkə...