Azərbaycanda QƏRİBƏ HADİSƏ: Bəy öz toy məclisində...

Azərbaycanda QƏRİBƏ HADİSƏ: Bəy öz toy məclisində...

Şirvan Apellyasiya Məhkəməsində Biləsuvar rayonunda xuliqanlıqda təqsirləndirilən Namiq Əsədovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçisi hökmün ləğv edilməsini və müvəkkilinə bəraət verilməsini xahiş edib.

 

Müdafiəçi apellyasiya şikayətində qeyd edib ki, Namiq Əsədovun və zərərçəkmişin birinci instansiya məhkəməsində verdiyi ifadələr saxtalaşdırılıb. Dövlət ittihamçısı vəsatət verərək, cinayət işində məhkəmə iclasının audioyazısının olmadığını bildirib və bu qərar çıxarılmasını kollegiyadan xahiş edib.

 

Qərara əsasən, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilib. Təqsirləndirilən şəxsin hazırlıq iclasının qərarı ləğv edilib və cinayət işi birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılıb.

 

Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Namiq Əsədov 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.


İttihama görə, hadisə 25 dekabr 2022-ci il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən şadlıq saraylarından birində keçirilən toy məclisində qeydə alınıb.
Belə ki, toy məclisi zamanı zərərçəkmiş Habil Məmmədov (şərti) Namiq Əsədovun bəy-gəlin masasına yaxınlaşaraq toyda bir nəfər şəxsin içkili vəziyyətdə nalayiq ifadələr işlətməsinə irad bildirib. Bu zaman bəylə zərərçəkmiş arasında mübahisə yaranıb. Daha sonra Namiq ona nalayiq sözlər işlədib, məclisdə səs-küy salıb, mübahisə edərək dalaşıb. Dava nəticəsində o, Habilin baş nahiyəsindən yumruqla bir neçə dəfə vuraraq ona xəsarət yetirib.

 

Hadisədən sonra Namiq Əsədov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb.(Pravda.az)


OXŞAR XƏBƏRLƏR

“Land Rover”də narkotik AŞKARLANDI - FOTO

Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bil...

Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Ötən günlərdə Azərbaycan Tibb Universitetinin müəlimi Nazxanım Nəzirbəyin təhsil ocağının tələbələrinin fotosunu çəkməsi və üstəlik bunu sosial şəbəkədə paylaşa...

Almaniya Qazaxıstandan neft idxalını ARTIRACAQ - RAZILAŞMA

Almaniya Qazaxıstandan neft tədarükünü artırmağı xahiş edib.   Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı məlumatı Qazaxıstan...

"Kimdə nə yoxdursa, ona meyilli olur..." - Psixoloqdan son günlərin trendi ilə bağlı AÇIQLAMA

Son günlər göz rəngini dəyişən insanların sayında artım müşahidə olunur. Bu sıraya xüsusilə məşhurlar qoşulub. Ötən gün aparıcı Nanə Ağamalıyevanın da göz rəngi...

Dünya çempionu 31 yaşında karyerasını BAŞA VURDU

Fransa millisi ilə dünya çempionatının qalibi olan Rafael Varan karyerasını başa vurub.   Sfera.az xəbər verir ki, 31 yaşlı müdafiəçi bu barədə rəsmi...

Azərbaycanda su ehtiyatları 20-25 faiz AZALACAQ

"Hazırda bütün dünyada, o cümlədən ölkəmizdə qlobal iqlim dəyişilmələrinin neqativ təsirləri getdikcə genişlənir. Bu təsirlər arid zonalarada yerləşən ölkə...